“Yuventus”un futbolçuları komanda yoldaşları Kriştianu Ronaldonun hərəkətlərindən narazıdılar. Matc.az xəbər verir ki, Ronaldo A seriyasının ötən turunun “Milan”la oyununda (1:0) əvəzlənən zaman baş məşqçi Mauritsio Sarri ilə görüşməmiş və birbaşa paltardəyişmə otağına yollanmışdı.

“Yuventus”lu futbolçular portuqaliyalı hücumçunun davranışlarından narazıdı və onun komanda heyətindən üzr istəməsini tələb edirlər.

İtaliya mətbuatının iddiasına görə, artıq Turin klubunun idman direktoru Fabio Paratiçi də Ronaldonun agenti Jorje Mendeşə bildirib ki, Kriştianu klub rəsmilərindən və baş məşqçidən üzr istəməlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest