Mönhenqladbax "Borussiya"sı heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, Bundesliqa təmsilçisi "Nyu York Siti"dən Co Skallini transfer edib. Razılığa əsasən, 16 yaşlı müdafiəçi 2021-ci ilin yanvarında "Borussiya"ya qoşulacaq.

Qeyd edək ki, 17 yaşadək futbolçulardan ibarət ABŞ millisinin formasını geyinən Skalli 15 yaşında MLS-də debüt edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest