Futbol üzrə Rumıniya milli komandasının baş məşqçisi Kosmin Kontra istefa verib. Matc.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Aç-2020-nin seçmə mərhələsinin sonuncu turunda İspaniyaya məğlub olduqları matçdan (0:5) sonra postundan ayrılmaq qərarına gəlib.
 
O, uğursuz nəticələrə görə azarkeşlərdən üzr istəyib: "Yığmadan gedirəm. Azarkeşlərdən üzr istəyirəm. Bundan artığını edə bilmədim. Millinin baş məşqçisi olduğum üçün heç vaxt peşman olmadım. İspaniya ilə oyundan qabaq gedəcəyimlə bağlı qərar vermişdim".
 
Qeyd edək ki, F qrupunda mübarizə aparan Rumıniya yığması 10 oyuna topladığı 14 xalla 4-cü yeri tutub. Kontra bu komandanı 2017-ci ilin sentyabr ayından etibarən çalışdırırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest