Elit-məşq layihəsi yenidən fəaliyyətə başlayıb. Matc.az xəbər verir ki, paytaxt və bölgələrdən istedadlı futbolçuları seçmək, onları müxtəlif yaş qrupundan ibarət millilər üçün yetişdirmək elit-məşq layihəsinin əsas məqsədidi.

2005-2008-ci il təvəllüdlü yeniyetmələr layihənin rəhbəri Miloş Velebitin tərtib etdiyi proqrama əsasən "Dalğa Arena"da bacarıqlarını təkmilləşdirirlər. Velebit futbolçular üçün xüsusi proqram hazırlandığını söyləyib: "Məşqçilər korpusu bu təlimləri izləyirlər. Onlara həmçinin videoyazılar təqdim olunur".

27 nəfərlik məşqçi heyətinin, 8 nəzarətçinin və 150 futbolçunun qatıldığı elit-məşq 4 aylıq test müddətində davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest