İspaniya La Liqasının X turundan təxirə salınmış "Barselona" - "Real" oyununa hazırlıqlar davam edir. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya polisi "El Klasiko" zamanı təhlükəsizlik tədbirinin yüksək səviyyədə təşkil olunmamasından narahatdı.

Belə ki, hüquq mühafizə orqanları tam təhlükəsizliyə zəmanət verə bilmir. Polis heyət çatışmazlığı səbəbindən Madrid klubu üçün təhlükəsiz avtobus gəzintisini təşkil etməyi mümkün saymır. Həmçinin Kataloniyada mütəmadi etirazlar gözlənilir. Buna görə də, Kataloniya polisi hesab edir ki, indiki durumda "Barselona" ilə "Real" arasında oyun keçirmək mümkün deyil.

Qeyd edək ki, "El Klasiko" oktyabrın 26-da keçirilməli idi. Lakin Kataloniyada etirazlar səbəbindən qarşılaşma dekabrın 18-nə keçirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest