Futbol üzrə İran çempionatında 15-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Cənubi Azərbaycanın elitadakı təmsilçisi “Maşinsazi” də növbəti matçına çıxıb.
 
Təbriz klubu səfərdə “Sanat Naft”la qarşılaşıb. Cənubi Azərbaycan təmsilçisi bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1.
 
Təbrizin daha məşhur “Traktor” klubu isə bu tur doğma meydanda “Fulad”a qalib gəlib – 1:0.
 
“Traktor” hazırda 21 xalla 16 kollektiv arasında 8-ci, “Maşinsazi” isə 19 xalla 9-cudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest