İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2019" layihəsi üzrə mükafatçıları müəyyənləşib. Matc.az xəbər verir ki, qaliblərin adları Bakı Olimpiya Stadionunda təşkil olunan "7 qalib adlı mərasimdə açıqlanıb.

 

Xüsusi mükafatlar:

"Minsk 2019" II Avropa Oyunlarının Əməliyyat Komitəsində layiqincə təmsil etdiyi üçün - Samir Məzahir oğlu Məmmədov

Uşaq idmanının inkişafına verdiyi dəstəyə görə - Tofiq Mirhəsən oğlu Heydərov

İlin ən çox kütləvi tədbir təşkil edən idman qurğusu - Şamaxı Olimpiya Kompleksi

Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün futbolçusu - Emin Mahmudov (“Neftçi”)

 

Nominasiyalar üzrə:

İlin idman xadimi: Mahir Ələsgər oğlu Məmmədov (Azərbaycan Şahmat Federasiyasının və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti)

İlin idman qurğusu: Bakı Olimpiya Stadionu

İlin futbolçusu - Emil Balayev (“Tobol”, Qazaxıstan)

İlin əcnəbi futbolçusu - Abdullah Zubir (“Qarabağ”)

İlin komandası - Şahmat üzrə qadınlardan ibarət Azərbaycan millisi

İlin baş məşqçisi - Qurban Qurbanov (“Qarabağ”)

İlin idmançısı - Teymur Rəcəbov (Şahmat)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest