Avropa çempionatı öncəsi Uels yığmasının yoldaşlıq görüşündə qarşılaşacağı daha bir rəqib müəyyənləşib. Rayan Giqqz martın 30-da yetirmələrini sınaqdan keçirəcək. Britaniyalılar həmin gün "Kardiff Siti" stadionunda ABŞ-la üz-üzə gələcək.

Avropa çempionatı öncəsi Uels yığmasının yoldaşlıq görüşündə qarşılaşacağı daha bir rəqib müəyyənləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Rayan Giqqz martın 30-da yetirmələrini sınaqdan keçirəcək.

Britaniyalılar həmin gün "Kardiff Siti" stadionunda ABŞ-la üz-üzə gələcək. Uelslilər bundan 3 gün əvvəl eyni məkanda Avstriyanı qəbul edəcək. ABŞ isə Uels bundan əvvəl martın 26-da Eyndhovendə Hollandiya ilə qarşılaşacaq.

Giqqz Bakı səfəri öncəsi may-iyun aylarında daha iki yoldaşlıq görüşü keçirilməsini istəyir. Bu yöndə bir neçə federasiya ilə danışıqlar aparılır.

Qeyd edək ki, Uels yığması AVRO-2020-də İtaliya, Türkiyə və İsveçrə ilə A qrupunda mübarizə aparacaq. Komanda ilk matçını iyunun 13-də Bakıda İsveçrəyə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest