Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk oyununu keçirib. “Qırmızı-qaralar” Macarıstan təmsilçisi MTK ilə qarşılaşıb. Budapeşt klubu ilə saat 17:00-da başlayan görüş “Karvansaray” otelinin meydançalarında baş tutub.

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk oyununu keçirib. Matc.az saytının məlumatına görə, “qırmızı-qaralar” Macarıstan təmsilçisi MTK ilə qarşılaşıb.

Budapeşt klubu ilə saat 17:00-da başlayan görüş “Karvansaray” otelinin meydançalarında baş tutub. Azərbaycan təmsiçisi bu oyunda böyük hesabla uduzub.

Qeyd edək ki, “Qəbələ” Antalya toplanışı çərçivəsində daha üç yoxlama oyununda qüvvəsini sınayacaq.

 

Yoxlama görüşü
14 yanvar

“Qəbələ” – MTK (Macarıstan) 0:3
“Karvansaray” otelinin meydancası.

Qəbələ: Tərlan Əhmədli, Asif Məmmədov (kapitan), Sadiq Quliyev, Ehtiram Şahverdiyev, Amin Seydiyev, İviça Zuniç, Merab Qiqauri, Qismət Alıyev, Roman Hüseynov, Rövlan Muradov, Yaovi Akakpo.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest