Nüfuzlu "Delloitte" konsaltinq şirkətinin saytında yer alan xəbərə görə, "Barselona" "Real"ı üstələyib. Matc xəbər verir ki, kataloniyalılar keçən il ən çox gəlir əldə edən olan klub kimi birinci sırada göstərilib.

Belə ki, 2018-2019 mövsümündə "Barselona"nın illik gəliri 840,8 milyon avro olub. Madrid təmsilçisi isə ötən mövsüm 757,3 milyon avro qazanıb. üçüncü pillədə isə illik gəliri 711,5 milyon olan "Mançester Yunayted" qərarlaşıb. Maraqlıdır ki, ötən mövsüm çempionlar Liqasının qalibi olan "Liverpul" 604,7 milyon avro ilə 7-ci pilləni tutub.

Qeyd edək ki, siyahıda ancaq "böyük beşlik" ölkələrinin təmsilçiləri yer alıb.

 

20 komandanın yer aldığı siyahı belədir:

1."Barselona" - 840,8 milyon avro

2."Real" - 757,3

3."Mançester Yunayted" - 711, 5

4."Bavariya" - 660,1

5. PSJ - 635,9

6. "Mançester Siti" - 610,6

7. "Liverpul" - 604,7

8. "Tottenhem"  - 521,1

9. "çelsi" -  513,1

10."Yuventus" - 459,7

11. "Arsenal" - 445,6

12."Borussiya" (Dortmund) - 377,1

13."Atletiko" - 367,6

14."İnter" - 364,6

15."Şalke" - 324,8

16."Roma" - 231

17."Lion" - 220,8

18."Vest Hem" - 216,4

19."Everton" - 213

20."Napoli" - 207,4

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest