Təlim-məşq toplanışını Antalyada davam etdirən "Keşlə" dünən ilk yoxlama matçını keçirib. Almaniyanın III bundesliqa təmsilçisi  "Zvikau" ilə qarşılaşan "qırmızılar" matçdan 4:1 hesabı ilə məğlub ayrılıb.

"Keşlə"nin hücumçusu Vüsal İsgəndərli dünənki yoxlama matçını və ümumi komandanın hazırlığını Matc.az-a dəyərləndirib:

"Açığı, zədə səbəbindən komandam ilə bir məşq və dünənki oyunu buraxmalı oldum. Antalyaya gələn gündən özümü çox yüklədim. Həm komandayla, həm də fərdi şəkildə məşqlər edirdim. Qapıya zərbələr vuranda sağ ayağımın arxa əzələsində ağrılar oldu. Hazırda yüngül ağrılarım var. Ancaq böyük ehtimal, iki günə tam sağalacam. Hazırda məşqlərimiz davam edir. Hər şey qaydasındadır. Dünənki oyunda uduzsaq da, pis təsir bağışlamadıq. Düzdür, zədə səbəbindən oynaya bilmirdim. Ancaq kənardan görüşü izləyirdim. İkinci dövrənin daha çətin keçəcəyini düşünürəm. çalışacağıq ki, birinci dövrədəki xalları fasilədən sonra da toplayaq. Komandaya qoşulası yeni oyunçular  barədə heçnə deyə bilmərəm. Bilirsiniz ki, artıq iki oyunçu tranfer etmişik. ümumiyyətlə, bu barədə məşqçilər heyəti və rəhbərlik danışsa, daha yaxşı olar"

Qeyd edək ki, "Keşlə" "  yanvarın 22-də Rusiyanın "Arsenal", 24-də isə Slovakiyanın "Zemplin" klubları ilə üz-üzə gələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest