Türkiyənin millisinin üzvü Ozan Kabak Almaniya mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, gənc oyunçu”Bavariya”dan təklif alsa da, “Şalke”ni seçdiyini söyləyib.

“Bavariya”dan mənə təklif gəlmişdi. Ancaq menecerimlə məsləhətləşib “Şalke”ni seçdim. Burada daha çox oynaya biləcəyimi bilirdim. Açığı, seçimimdə yanışlmamışam. “Şalke” mənim ikinci ailəmdir. Xəyalım burada yaxşı çıxış etmək və dünyanın ən yaxşı müdafiəçisi olmaqdır”.

Qeyd edək ki, Ozan Kabak "Qalatasaray" klubunun yetirməsidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest