İtaliyanın "Atalanta" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Berqamo təmsilçisi "Herakles"dən Lennart çiborranı transfer edib.
 
Bu barədə A Seriyası klubunun rəsmi saytı məlumat yayıb. 20 yaşlı müdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
 
Niderlandın "Herakles" klubunda forma geyinən Lennart, bu mövsüm Erediviziyada 19 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçi 20 yaşadək futbolçulardan ibarət Almaniya yığmasının da üzvüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest