Futbol üzrə İtaliya A Seriyasında 21-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, turun əksər görüşləri sonuncu oyun gününə təsadüf edib.
 
Turnir cədvəlinin 2-ci pilləsində yer alan "İnter" bu turda "Kalyari"ni sınağa çəkib və xal itkisi ilə üzləşib.
 
Turun maraqla gözlənilən qarşılaşmalarından biri paytaxt Romada keçirilib. "Roma" "Olimpiko" stadionunda əzəli rəqibi "Latsio" ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də qalib müəyyənləşməyib.
 
21-ci turun mərkəzi görüşündə lider "Yuventus" Neapol səfərində "Napoli"nin qonağı olub. üç qolun qeydə alındığı matç Turin klubunun məğlubiyyəti ilə başa çatıb.
 
İtaliya A Seriyası
21-ci tur
24 yanvar
 
Breşiya – Milan 0:1
Qol: Rebiç, 71.
 
25 yanvar
 
SPAL – Bolonya 1:3
Qol: Petanya, 23-pen – Vikari, 24-öz qapısına. Berrou, 59. Poli, 63.
 
Fiorentina – Cenoa 0:0
 
Torino – Atalanta 0:7
Qol: İliçiç, 17; 53; 54. Qosens, 29. Sapata, 45+1-pen. Muriel, 86-pen; 88.
 
26 yanvar
 
İnter – Kalyari 1:1
Qol: L.Martines, 29 – Naynqqolan, 78.
 
Parma – Udineze 2:0
Qol: Qalyolo, 19. Kuluşevski, 34.
 
Sampdoriya – Sassuolo 0:0
 
Verona – Leççe 3:0
Qol: Davidoviç, 19. Pessina, 34. Patsini, 87-pen.
 
Roma – Latsio 1:1
Qol: Dzeko, 26 – Açerbi, 34.
 
Napoli – Yuventus 2:1
Qol: Zelinski, 63 – İnsinye, 86 – Ronaldo, 90.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest