İstanbul təmsilçisinin prezidenti Ahmet Nur Çebi “Vodafon Park”da Sərgənlə görüşüb. Bir saat davam edən görüşdən sonra tərəflər arasında 1,5 il müddətinə müqavilə imzalanıb.

“Beşiktaş”ın yeni baş məşqçisi müəyyənləşib. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu posta Sərgən Yalçın gətirilib.

İstanbul təmsilçisinin prezidenti Ahmet Nur Çebi “Vodafon Park”da Sərgənlə görüşüb. Bir saat davam edən görüşdən sonra tərəflər arasında 1,5 il müddətinə müqavilə imzalanıb. 

Sərgən 1991-1997 və 2002-2006-cı illərdə İstanbul təmsilçisinin formasını geyinib. Yalçın mövsümə “Yeni Malatyaspor”un baş məşqçisi kimi başlasa da, sonradan istefaya göndərilmişdi. 

Qeyd edək ki, “Beşiktaş” hazırda Super Liqada 30 xalla 7-ci pillədədir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest