Futbol üzrə Türkiyə Super Liqasında 19-cu tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilməli idi.
 
Amma “Yeni Malatyaspor” – “Trabzonspor” matçı təxirə salınıb
 
Lider “Sivasspor” isə doğma meydanda “Rizəspor”u sınağa çəkib. Sivaslılar bu qarşılaşmada məğlubiyyətdən son anda xilas olublar.
 
Türkiyə Super Liqası
19-cu tur
24 yanvar
 
Gənclərbirliyi – Qaziantep 1:0
Qol: Sessenyon, 64-pen.
 
25 yanvar
 
Kayserispor – Ankaragücü 1:1
Qol: Mensah, 23 – A.Kubalaş, 68.
 
Kasımpaşa – Alanyaspor 1:2
Qol: Kuaresma, 67-pen – Sisse, 34. S.Uçan, 73.
 
Fənərbaxça – Başakşəhər 2:0
Qol: Kruse, 72. Muriqi, 86.
 
26 yanvar
 
Dənizlispor – Antalyaspor 0:3
Qol: Yahoviç, 27. Mukairu, 41. Blanko, 57.
 
Göztəpə – Beşiktaş 2:1
Qol: H.Akbunar, 25. Borges, 45+2 – B.Yılmaz, 38-pen.
 
Konyaspor – Qalatasaray 0:3
Qol: Falkao, 26. E.Akbaba, 39. A.Büyük, 79.
 
27 yanvar
 
Sivasspor – Rizəspor 1:1
Qol: Y.Öztekin, 90+3 – Qarmaş, 60.
 
Yeni Malatyaspor – Trabzonspor matçı təxirə salınıb

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest