"Qalatasaray"ın fransalı oyunçusu Steven Nzonzi karyerasını ölkəsində davam etdirəcək. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli futbolçu "Renn" komandası ilə razılığa gəlib.

Fransa təmsilçisinin baş məşqçisi Julien Stephan Nzonzi ilə danışıqlar aparıldığını təsdiqləyib. Nzonzi mövsümün əvvlində "Roma"dan "Qalatasaray"a keçmişdi. O, komandası ilə çıxdığı 15 oyunda bir məhsuldar ötürmə edib.

Qeyd edək ki, "sarı-qırmızılar"ın baş məşqçisi Fatih Terim bir müddətdir fransalı futbolçunu heyətdən uzaqlaşdırıb. Buna səbəb onun intizamsız davaranışları olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest