"UEFA olaraq AFFA-nın fəaliyyətini dəstəkləyirik. Türkiyənin AVRO-2020-nin oyunlarını Bakıda keçirilməsi tədbirimizin mühüm hissəsidir. Çünki siz tək millət, iki dövlətsiniz. AFFA-nın baş katibi Elxan Məmmədov Avropa futbolu üçün möhtəşəm resursdur"

“Bakıda Avropa Liqasının final oyunu möhtəşəm təşkil olundu. Özümüzü evimizdəki kimi hiss etdik”. Matc.az xəbər verir ki, bunu UEFA-nın Milli Assosiasiyalar üzrə Departamentinin rəhbəri Tyerri Favr AFFA-nın növbəti konfransında çıxışı zamanı deyib. 

O, UEFA prezidenti Aleksandr Çeferinin salamlarını çatdırmaqla sözlərinə başlayıb: “Könüllülərlə bağlı təqdimatdan da görünür ki, mühüm işlər aparılıb. UEFA olaraq AFFA-nın fəaliyyətini dəstəkləyirik. Türkiyənin AVRO-2020-nin oyunlarını Bakıda keçirilməsi tədbirimizin mühüm hissəsidir. Çünki siz tək millət, iki dövlətsiniz. AFFA-nın baş katibi Elxan Məmmədov Avropa futbolu üçün möhtəşəm resursdur. Təəssüf ki, Azərbaycan millisi Avropa çempionatına vəsiqə qazana bilmədi. Millətlər Liqasında Azərbaycan yığmasına uğurlar arzu edirəm. Düşünürəm ki, sizinlə əməkdaşlıq məhsuldar olub”.

Favr qeyd edib ki, UEFA olaraq futbolçulara daim dəstək nümayiş etdirəcəklər: “Təəssüf ki, futbolun reallığını da qeyd etmək istərdim. Oyunçuların 40 faizi özünü müflis elan edir. Klubda oynamalarına baxmayaraq, 5 il ərzində maliyyə problemi yaşayırlar. Halbuki futbolçular insanlar üçün nümunə olmalı, normal gəlir qazanmalıdırlar. Bunun minusları da var. Təqaüdə çıxdıqdan sonra depressiya yarana bilər. Biz futbolçuların problem yaşamamaları üçün əlimizdən gələni edirik. Onlar təqaüdə çıxdıqdan sonra imiclərinin qorunmasına çalışacağıq”.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest