"İcraiyyə Komitəsinin üzvləri artıq öz sahələri üzrə məsuliyyət daşıyacaqlar. Könül xanımın seçilməsi də bizim üçün önəmlidir. O, bizim UEFA-dakı nümayəndəmizdir. Çox gənc yaşdan bizimlə çalışır"

Bu gün AFFA-nın növbəti Konfransının ardından İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası keçirilib. Matc.az xəbər verir ki,  iclasdan sonra qurumun yeni icraçı vitse-prezidenti Elxan Məmmədov mətbuat konfransı keçirib.

Məmmədov bildirib ki, baş katib postu yenə ona həvalə olunub: "Çünki oxşar səlahiyyətlərdir. Bu işi davam etdirməyə də hazıram. Sayın artırılması önəmli haldır. Futbol, milli komandaların sayı böyüyür. Beynəlxalq tədbirlər, müxtəlif layihələr həyata keçiririk. İcraiyyə Komitəsinin üzvləri artıq öz sahələri üzrə məsuliyyət daşıyacaqlar. Könül xanımın seçilməsi də bizim üçün önəmlidir. O, bizim UEFA-dakı nümayəndəmizdir. Çox gənc yaşdan bizimlə çalışır. 

"Hər yerdə futbol" devizinə başaladıq. Bu, sağlam həyat tərzini və kütləviliyi təbliğ etmək üçündür. Biz kəndlərdə stadion tikməyəcəyik. Məktəblərin yanında normal qapılar quraşdırılacaq, toplar veriləcək. Oradakı müəllimlər uşaqları idmana cəlb etmək məsuliyyəti daşıyacaq. İlk olaraq 50 məktəbdə bu prosesə başlayacağıq".

Məmmədov həmçinin bildirib ki, AFFA-nın məqsədi Premyer Liqada 10 komandanın iştirakıdır. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest