"Ortaq məxrəcə gələ bilmədik. Namizəd çox idi. Ayrı-ayrı fikirlər səsləndi. Fikirlərimizi İcraiyyə Komitəsinin növbəti iclasında bir daha bildirəcəyik. Bir neçə mütəxəssislə məsləhət aparmalıyıq"

"Mən Azərbaycan futboluna sadiq insanam. Vəzifə mənim üçün önəmli deyil". Matc.az xəbər verir ki  bu sözləri AFFA-nın növbədənkənar Konfransından sonra qurumun yeni vitse-prezidenti seçilən Vaqif Sadıqov deyib.

O bildirib ki, milli komandanın baş məşqçi məsələsi çox vaxt alır: "Ortaq məxrəcə gələ bilmədik. Namizəd çox idi. Ayrı-ayrı fikirlər səsləndi. Fikirlərimizi İcraiyyə Komitəsinin növbəti iclasında bir daha bildirəcəyik. Bir neçə mütəxəssislə məsləhət aparmalıyıq. Bunlarla yanaşı, ən yaxın ehtiyat qüvvə komandalarını da müzakirə edirdik. Milli komanda ilə bağlı məsələ açıq qalıb. Bu məsələni gənclər yığmasının baş məşqçisi ilə də müzakirə edəcəyik. Milliyə ən yaxın olacaq bir yığma yaratmaq tövsiyə olundu. Ora da yerli məşqçi təyin etmək lazımdır ki, özünü göstərə bilsin".

Sadıqov əlavə edib ki, iclasda çempionatda mübarizə aparan komandaların sayının artırılması barədə müzakirə aparılıb: "Neçə komanda olacağını bilmirik. Amma say mütləq artmalıdır və yeni komandalar bölgələri təmsil etməlidirlər. Biz də istəyirik ki, bölgələrdə futbol inkişaf etsin".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest