“İlk oyundan sonra öz meydanımızda həyəcan daha çox hiss olunurdu”. Matc.az xəbər verir ki, bunu “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov deyib.

Azərbaycan Premyer Liqasının XVI turunda “Səbail”i qəbul edən “Keşlə” cari mövsüm ilk dəfə doğma “ASK Arena”da keçirdiyi matçda 0:1 hesabı ilə uduzub.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Əhmədovun məğlubiyyət şərhi belə olub: “İlk dəqiqələrdən oyunumuzu çətinliklə tapırdıq. Rəqib bizi əks-hücumlardan tuturdu. İstədiyimiz oyunu qura bilmirdik. Şanslarımız da oldu. Bu gün qismət bizim tərəfimizdə deyildi. Hələ çox görüləsi işlərimiz var. Kristavao hələ tam uyğunlaşa bilməyib. Komandaya irad da bildirə bilmirəm”.

- Növbəti turda “Neftçi” ilə qarşılaşırsınız. Bu məğlubiyyətin komandaya mənfi təsiri ola bilərmi?
- Futbolda məğlubiyyət də var. İlk turda udmuşduq, o demək deyil ki, bütün matçlarda qələbə qazanacağıq. Görünür, belə qismət idi.

- “Keşlə”nin sanki “Səbail”lə oyunu alınmır...
- Bütün dünya futbolunda belə proseslər olur. Arzuolunmaz komandalar olur.

- Qeydə alınmayan qol epizoduna baxmısınız?
- Xeyr, baxmamışam. Bundan sonra baxmağın nə xeyri? Əlinə dəyibsə, heç nə.

- Murad Ağayevin transferinə niyə razılıq verdiniz?
- Murad əvəzedici heyətə çağırılıb. Onun əsas komandaya aidiyyatı yoxdur. Düzdü, bizimlə məşq edir. Amma oynayacaqsa, əvəzedicilərdə oynayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest