PSJ Fransa kubokunun 1/4 finalında "Dijon"la qarşılaşıb. Matc.az xəbər verir ki, Paris təmsilçisinin 6:1 hesabıyla qalib gəldiyi matçda Kilian Mbappe yeni uğura imza atıb.
 
Belə ki, "Dijon"la oyunda da qol vurmağı bacaran Mbappe, PSJ-nin heyətində bu mövsüm bütün turnirlərdə də qol vuran ilk futbolçu olub.
 
21 yaşlı hücumçu Liqa 1-də 15, Liqa kubokunda 5, çempionlar Liqası, Fransa kuboku və Fransa superkubokunda eyni sayda – 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest