Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.
 
"Trabzonspor" doğma meydanda darmadağın etdiyi "Ərzurumspor"a səfərdə də qalib gəlməklə növbəti mərhələyə vəsiqəni təmin edib. Super Liqada uğurlu mövsüm keçirən "Sivasspor" isə "Antalyaspor"la iki oyunun nəticəsində uduzmasa da, yarımfinala yüksələ bilməyib.
 
Daha öncə "Fənərbaxça" ilə "Alanyaspor" da yarımfinala yüksəlmişdi.
 
Türkiyə kuboku
1/4 finalın cavab oyunları
11 fevral
 
Fənərbaxça – Kırklarılesipor 1:0 (ilk oyun 3:0)
Qol: M.Erdinc, 50.
 
12 fevral
 
Qalatasaray – Alanyaspor 3:1 (0:2)
Qol: E.Akbaba, 9. A.Büyük, 55-pen; 85 – Bammu, 31.
 
13 fevral
 
Ərzurumspor – Trabzonspor 1:4 (0:5)
Qol: H.Ayaroğlu, 17 – Gilyerme, 9; 46. A.Parmak, 68. S.Kınalı, 83.
 
Sivasspor – Antalyaspor 1:1 (0:0)
Qol: Y.öztekin, 31 – D.Sınık, 49.
 
Beləliklə, yarımfinalda aşağıdakı kollektivlər üz-üzə gələcək:
 
Trabzonspor - Fənərbaxça
Antalyaspor - Alanyaspor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest