06 Oktyabr 2026, 17:01
FUTBOL
Madrid "Real"ının sabiq yarımmüdafiəçisi Anhel Di Mariya hücumçu Lionel Messinin Argentina millisindəki karyerasını başa vurmağa hazırlaşması ilə bağlı fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, o, "İnter Mayami"nin futbolçusuna təşəkkür edib:
"Heç kimin gözləmədiyi gün rəsmi olaraq gəldi. "Messiyə əlvida" demək vaxtıdır. Lakin bu gün mən onun paylaşdığı foto və videoları gördüm. Onu belə xoşbəxt və hüzurlu görmək, əlində olan hər şeyi verdiyini bilmək bizi də xoşbəxt edir. Bu, şübhəsiz ki, hamı üçün xüsusi bir gün olacaq. Hər şeyə görə təşəkkür edirəm, Leo. Ömrümüzün qalan hissəsində sənə minnətdar olacağıq".
Qeyd edək ki, Beninlə keçiriləcək qarşılaşma Messinin milli komandanın formasında son matçı olacaq.













