Azərbaycanın U-20 milli komandası Yaponiya yığması ilə keçirdiyi yoldaşlıq oyununun penaltilər seriyasında 5:4 hesablı qələbə qazanıb.
Matc.az xəbər verir ki, baş məşqçi Ruy Jorje oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bir çox futbolçuda fiziki baxımdan çatışmazlıq hiss olunurdu. Bununla bağlı klublarla müzakirə aparılır?
- Hazırda yolun başlanğıcındayıq. Oyunçuların tam fiziki formada olmamaqları normaldır. Ona görə də dəyişiklilklər etdik. Bilirdik ki, uşaqlar 90 dəqiqə mübarizə aparacaq gücdə deyillər. Futbolçularımdan yüksək intensivlik tələb edirəm. Onların oyunun sonlarında yorğun olmaqları təbii haldır.
- Heyətdə ye alan futbolçuuların əksəriyyəti əsas komandalarda çıxış etmir. Rəqib futbolçularının isə bir çox isə yüksək liqalarda çıxış edirlər. Bununla bağlı Premyer Liqa klublarının baş məşqçiləri ilə söhbət aparırsız?
- Klubların işinə müdaxilə edə bilmərəm. Futbolçunun keyfiyyəti varsa, oynayacaq. Futbolçuların çoxu klublarının əvəzedici, U-19 komandalarında oynayırlar. Onlarə əsas komandaya layiq olduqlarını sübut etməlidirlər. Şikayət etməklə iş düzəlmir.
- Sizcə onlar əsas komandada oynamağa layiqdirlər?
- Əsas komanda çıxış edəcək keyfiyyəti olan bəzi futbolçular var. Belə oyunlarda özlərini yaxşı tərəfdən göstərsələr, klublarının baş məşqçiləri onlara şans verə bilərlər.
- Moldova ilə oyunda müdafiədə kobud səhvlər var idi. Qısa zamanda bu səhvləri necə aradan qaldıra bildiz?
- Moldova ilə matçda müdafiədə səhvlərimiz çox olmadı. Hücumda daha çox səhv etdik. Top itkilərinə yol verirdik və rəqib əks-hücumlara çıxırdı. Həmin oyunda səhvlər daha çox gözə çarpırdı. Hücumda sadə epizodlarda top itikilərinə yol verirdik.
- Sizi daha çox qol buraxmamaq sevindirir, yoxsa qol vura bilməmək məyus edir?
- Oyunçularıma həmişə deyirəm ki, hücumda oyun alınmaya bilər. Buna görə də qapını toxunulmaz saxlamaq lazımdır. Hücuma çıxanda da qorxmaq lazım deyil. Yaratdığımız fürsətlərdən maksimum yararlanmağa çalışmalıyıq.
- Sizi ən çox qane edən futbolçular kimlərdir?
- Bəzi futbolçuların kiyafət qədər keyfiyyəti var. Amma deməzdim ki, Avropa səviyyəsindədir. Futbol kollektiv oyundur. Amma bəzi futbolçular var ki, fərdi oynamaq istəyir. Kollektivi fikirləşmək lazımdır. Adlar çəkməyi xoşlamıram. Futbolçuların hər birinin işindən razıyam.
- Millidə olan futbolçular klublarında süni örtüklü meydançalarda məşq edirlər, oyunlara çıxırlər. Onlar Portuqaliyada olsaydılar, yüksək səviyyəli oyunçulara çevrilərdilər?
- Bunu demək çətindir. Amma millidəki infrastruktur oyunçuların inkişafı üçün daha çox kömək edir. Oyunçular bir şeyi dərk etməlidir ki, şəraitin necə olmasından asılı olmayaraq inkişaf etmək üçün çalışmalıdırlar.
- Qarşıdakı toplanışlarda komandanın potensialını neçə faiz artıra bilərsiz?
- Deyə bilmərəm. Bir şeyi bilmək lazımdır ki, dünya çempionatına vəsiqə qazanan komandalardan geri qalırıq. Bunu yaddan çıxarmaq olmaz. Biz dünya çempionatında ev sahibi kimi iştirak edirik. Digər komandalar isə oyunları ilə mundiala vəsiqə qazanıblar. Məqsədimiz odur ki, arada olan fərqi maksimum dərəcədə azaldaq. Nə qədər azalda biləcəyimizi deyə bilmərəm. Bu gün rəqibimiz olan Yaponiya yığması öz oyunu ilə dünya çempionatına vəsiqə qazanıb. Amma onlar bir neçə aparıcı oyunçusunu bu toplanıışa gətirməyib. Hazırda oyunlardakı performans nəticədən daha vacibdir.
- U-21 millisindən U-20-yə neçə futbolçu cəlb olunacaq?
- Rəşad Eyyubov mənə dedi ki, Hikmət Cəbrayılzadəni U-21 millisnə dəvət etmək istəyir. Ona görə bu toplanışda bizimlə ola bilmədi. Söhbət təkcə Hikmətdən getmir. Yaşı uyğun olan oyunçuları U-20 millisinə cəlb edəcəyik.
- Əli Bəşirovda Avropaya geedə biləcək potensial görürsüz?
- Əli çox istedadlı futbolçudur. Avropada olan həmyaşıdlarından geri qalmır. Öz oyunu ilə bunu göstərib. Bizimlə bütün təlim-məşq toplanışlarında iştirak edib. Mənim üçün oyunçunun yaşı yox, keyfiyyəti önəmlidir. Bütün futbolçular öz üzərlərində çalışmalıdırlar.
- Azərbaycanlı futbolçular avropalı oyunçulardan hansı keyfiyyətlərdə geri qalırlar?
- Bütün aspektlərdə. Elə komanda var ki, bizdən fiziki cəhətdən, eləsi var ki, texniki cəhətdən güclüdürlər. Bilirəm ki, hansı komandalarla qarşılaşacağıq. Daha çox işləməliyik ki, onların səviyyəsinə çata bilək.













