Fransa millisinin hücumçusu Kilian Mbappe İspaniyanın "Real" klubunda məyus olub və 2027-ci ildə komandanı tərk etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Fransua Qalyardo sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.
Bildirilir ki, "Real" bu qərara mane olmaq niyyətində deyil. Fransalı futbolçu karyerasını İngiltərə çempionatında davam etdirməyi planlaşdırır.
Bir müddət əvvəl İspaniya mətbuatı Mbappenin "Qızıl top" mükafatı uğrunda mübarizədə klubun ona aktiv dəstək verməməsinə görə "Kral klubu"na qəzəbləndiyini yazmışdı.
Qeyd edək ki, 27 yaşlı forvard 2024-cü ildən bəri "Real"da çıxış edir və bu komanda ilə İspaniya Superkubokunun, həmçinin Qitələrarası Kubokun qalibi olub.
O, daha əvvəl "Monako" və altı qat Fransa çempionu olduğu PSJ-nin də şərəfini qoruyub. Fransa yığmasının heyətində 2018-ci ildə dünya çempionu olan Mbappe, həmçinin dünya çempionatları tarixində 22 qolla ən çox qol vuran futbolçu rekorduna sahibdir.













