Abdullah Avcının Azərbaycan milli komandasını çalışdırma ehtimalı davam edir. Matc.az-ın məlumatına görə, təcrübəli mütəxəssis hələlik məsələ ilə bağlı konkret fikir bildirməyib.

Belə ki, türkiyəli mütəxəssis üstünlüyü klub çalışdırmağa verir. Avcı “Beşiktaş”dan ayrıldıqdan sonra ona bir neçə Süper Liqa təmsilçilərindən təklif olub. Ancaq o, karyerasını ölkəxaricində davam etdirmək niyyətindədir. 56 yaşlı çalışdırıcı hazırda Avropa klublarının bir ilə danışıqlar aparır. Əgər danışıqlar müsbət nəticələnməsə, Avcı AFFA rəhbərliyi ilə  masa arxasına oturacaq .

Türkiyə mətbuatı hər nə qədər Avcının millimizi çalışdırmaq istəmədiyini bildirsə də, təcrübəli mütəxəssis hələlik bununla bağlı konkret fikir bildirməyib. Məsələnin yaxın günlərdə həll olunacağı gözlənilir.

Qeyd edək ki, Abdullah Avcı mövsümə “Beşiktaş”da başlasa da, uğursuz gedişatın ardından istefaya yollanıb. O, 2011-2013-cü illərdə Türkiyə millisini çalışdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest