Futzal üzrə Azərbaycan kubokunda 1/16 final mərhələsinin cavab oyunları keçirilib. "Olimpik Star"da gün ərzində 5 qarşılaşmanın keçirilməsi nəzərdə tutulmuşdu

Futzal üzrə Azərbaycan kubokunda 1/16 final mərhələsinin cavab oyunları keçirilib. Matc.az xəbər verir ki, "Olimpik Star"da gün ərzində 5 qarşılaşmanın keçirilməsi nəzərdə tutulmuşdu.

Lakin onlardan dördü baş tutub. "Xızı Futzal" komandası "Baker Tilly" ilə oyun üçün təyin olunan vaxtda meydana çıxmayıb. Nəticə ilə bağlı İntizam Komitəsi qərar verəcək. Baş tutan oyunların nəticəsinə əsasən isə, "Yurd MFK", "Premier" (Quba), "Marafon" və Baku Fans" 1/8 finala yüksəlib.

Şənbə günü daha beş görüş baş tutub. Rəqiblərindən üstün olan "Red Line", "Star kargo-2", "Neftçi İK", "Araz" və "Hövsan" da adını 1/8 finala yazdırıb.

Sonuncu oyun günündə altı görüş keçirilib. Qeydə alınan nəticələrdən sonra "Standard", "Badamlı", "Nəqşicahan", EKOL, "Atletiko Baku" və "Advokat" da 1/8 finala çıxıb.
 

Azərbaycan kuboku
1/8 final

"Yurd MFK" – "Yasamal İSK-2" 5:1
14 fevral. Olimpik Star. Saat 18:30
Hakimlər: Rahin Heybətov, Etibar Həsənov, Elvin Ağayev
İlk oyun: 5:4

 

"Bibi-Heybət" – "Premier" (Quba) 4:4
14 fevral. Olimpik Star. Saat 19:30
Hakimlər: Rahin Heybətov, Etibar Həsənov, Elvin Ağayev
İlk oyun: 3:5

 

"Altay" – "Marafon FK" 1:6
14 fevral. Olimpik Star. Saat 20:30
Hakimlər: Kənan Məlikov, Ziya Nəsirov, Etibar Həsənov
İlk oyun: 1:4

 

"Baker Tilly" – "Xızı Futsal" ("Xızı Futsal" təyin olunan vaxtda meydana çıxmayıb)
14 fevral. Olimpik Star. Saat 21:30
Hakimlər: Elvin Ağayev, Elmir Quluzadə, Rahin Heydərov
İlk oyun: 5:0

 

"Zəngilan" – "Baku Fans" 6:1
14 fevral. Olimpik Star. Saat 22:30
Hakimlər: Anar Fərəcov, Fuad Həsənov, Elmir Quluzadə
İlk oyun: 2:8

 

"Borçalı" – "Red Line" 2:3
15 fevral. Olimpik Star. Saat 18:30
Hakimlər: Ramiz Məhərrəmov, Knyaz Əmiraslanov, Nahid Xasıyev
İlk oyun: 1:2

 

"Star kargo-2" – "Star kargo" 10:3
15 fevral. Olimpik Star. Saat 19:30
Hakimlər: Ramiz Məhərrəmov, Ceyhun Hüseynov, Nahid Xasıyev
İlk oyun: 6:4

 

"Gənclik İK" – "Neftçi İK" 0:11
15 fevral. Olimpik Star. Saat 20:30
Hakimlər: Ceyhun Hüseynov, Şakir Quliyev, Mahir Məmmədov
İlk oyun: 0:10

 

"Baker Hughes" – "Araz" 2:13
15 fevral. Olimpik Star. Saat 21:30
Hakimlər: Hikmət Qafarlı, Vüsal Balaşov, Fuad Həsənov
İlk oyun: 2:17

 

"Hövsan" – "Record club" 3:2
15 fevral. Olimpik Star. Saat 22:30
Hakimlər: Hikmət Qafarlı, Mehman Mahmudov, Fuad Həsənov
İlk oyun: 8:6

 

"Dalga" – "Standard" 0:1
16 fevral. Olimpik Star. Saat 12:00
Hakimlər: Mahir Məmmədov, Nail Nağıyev, Anar Fərəcov
İlk oyun: 1:6

 

"Badamlı" – "Forza Neftçi" 7:3
16 fevral. Olimpik Star. Saat 13:00
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Nail Nağıyev
İlk oyun: 5:2

 

"Nəqşicahan" – "Bakı TFK" 5:1
16 fevral. Olimpik Star. Saat 14:00
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Mahir Məmmədov
İlk oyun: 1:1

 

NTD – EKOL 1:5
16 fevral. Olimpik Star. Saat 15:00
Hakimlər: Ramil Namazov, Ziya Nəsirov, Əli Cəbrayılov
İlk oyun: 5:2

 

"Atletiko Baku" – "Yasamal İSK" 5:2
16 fevral. Olimpik Star. Saat 16:00
Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Xəlil Xəlilov
İlk oyun: 4:4

 

"Advokat" – "Baku Fire" 8:3
16 fevral. Olimpik Star. Saat 17:00
Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Xəlil Xəlilov
İlk oyun: 4:5


Beləliklə, 1/8 finalda aşağıdakı kollektivlər üz-üzə gələcək:

Araz – Baker Tilly//Xızı Futzal
 
Marafon - Atletiko Baku
 
EKOL - Standand
 
Neftçi İK – Badamlı
 
Advokat - Star karqo-2
 
Premier (Quba) - Red Line
 
Nəqşicahan - Baku Fans
 
Hövsan - Yurd MFK
 
Qeyd edək ki, bu mərhələnin ilk oyunları martın 11-də və 12-də, cavab görüşləri martın 18-də və 19-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest