"Uzun müddətdir Azərbaycanda oynayıram və burada çox xoşbəxtəm. Demək olar ki, bura  ikinci vətənimdir". Bu sözləri matc.az saytına "Keşlə"nin yarımmüdafiəçisi Sezar Meza Kolli Matc.deyib. O, Azərbaycan millisindən dəvət gələcəyi təqdirdə qəbul edəcəyini bildirib:

"Artıq 5 ildir burada oynayıram. Əgər Azərbaycan millisindən təklif gəlsə, sevə-sevə qəbul edərəm. Bu baş versə, komandaya kömək etmək üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, AFFA Sezar Meza Kollinin milliləşdirməsi ilə bağlı məlumat yayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest