“Möhtəşəm zəfər əldə etdik. Hər kəs kimi, mən də məmnunam”. Matç.az saytı xəbər verir ki, bu sözlər Kosovo yığmasının müdafiəçisi Amir Rahmaniyə məxsusdu.

Millətlər Liqasının qrup mərhələsinin son matçında Azərbaycan millisi üzərində 4:0 hesablı qələbə qazananan kosovolular pley-off mərhələsinə adlayıb.

Yerli mətbuata açıqlamasında qarşılaşmanı dəyərləndirən 24 yaşlı futbolçu qol vurmasına da toxunub: “Qalibiyyətə qolla töhfə verdiyim üçün ikiqat sevincliyəm. Qalib gəlməyimiz mənim qol vurmağımdan daha önəmli idi. Fikrimcə, Azərbaycan üzərində qələbə ilə göstərdik ki, ən güclü komandalara qarşı oynamağa və təzyiqlərə tab gətirməyə hazırıq. Düzdü, bu gün bizə heç-heçə də sərf edirdi. Lakin meydana bu düşüncə ilə çıxmadıq, yalnız qələbəyə köklənmişdik. Artıq daha güclüyük və böyük komandalarla mübarizə aparmağa hazırıq”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest