Azərbaycan millisinin meneceri və AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

Matc.az xəbər verir ki, UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək "İnter" (İtaliya) – "Renn" (Fransa) oyununun UEFA nümayəndəsi həmyerlimiz olacaq.

Qarşılaşma martın 3-də İtaliyadakı "Ernesto Breda" stadionunda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest