"Komanda şəklində görünüşdən, nəticədən və zehniyyətdən məmnunam. Azərbaycan bu qrupun favoriti idi. Amma komandamız hər gün özünəinamı artırdı".

“Bütün Kosovonu qələbə münasibətilə təbrik edirəm. Buna layiq olduğumuzu düşünürəm. İndi zəfəri qeyd etmək vaxtıdı”. Matç.az saytı xəbər verir ki, bunu Kosovonun əsas kapitanı Samir Uykani deyib.

Yerli mətbuata açıqlama verən 30 yaşlı qapıçı Millətlər Liqasında Azərbaycan üzərində qazanılan böyükhesablı (4:0) qələbəni dəyərləndirib.

O, qarşılaşmadan əvvəl millimizin favorit olduğunu bildirib: “Komanda şəklində görünüşdən, nəticədən və zehniyyətdən məmnunam. Azərbaycan bu qrupun favoriti idi. Amma komandamız hər gün özünəinamı artırdı. Uşaqlar fantastik oyun göstərdilər, böyük coşğuya layiqdilər”.

Yığmamızla oyunu ehtiyatda keçirən Uykani çərçivəni qoruyan gənc Ariyanet Muriçi də tərifləyib: “Muriçin Kosovonu seçməsinə və bizə qoşulmasına sevindim. Azərbaycan önündə də yaxşı idi. Muriçin varlığı millimizin səviyyəsini daha da artırır. O, Visarla birlikdə Kosovonun gələcəyidi. Önlərində 12-15 illik böyük karyera var. Onların gəlişi rəqabəti də artırdı. Fərdlərin necə oynaması deyil, Kosovo yığmasının irəliləməsi önəmlidi. Kim yaxşı formadadısa, o da meydana çıxır”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest