Bu gün “Olimpik Star”da Yüksək Liqanın XVI turunun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, ilk oyunda “Baku Fire” “Record club”la üz-üzə gəlib. Oyun nominal qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb.
 
Turun mərkəzi oyunu lider “Araz”la “Neftçi” arasında baş tutub. “Araz” bu oyundan da qalib ayrılıb.
 
“Bakı” TFK – EKOL görüşü daha gərgin keçib. Bu oyunda isə EKOL qələbəni bayram edən tərəf olub. Son oyunda da “Xızı Futzal”la qarşılaşan “Marafon” böyükhesablı qələbə qazanaraq xal ehtiyatını artırdı.
 
Turun turun “Yasamal İSK” – “Premier” (Quba) görüşü ikincilərin təyin olunan vaxtda meydana çıxmaması üzündən keçirilməyib.
 
24 fevral (bazar ertəsi)
 
12:00. "Baku Fire" – "Record club" 11:1
 
Hakimlər: Ramiz Məhərrəmov, Etibar Həsənov, Mahir Məmmədov
 
14:00. "Araz" – "Neftçi İK"  7:2
 
Hakimlər: Ceyhun Hüseynov, Nail Nağıyev, Kənan Məlikov
 
16:00. "Yasamal İSK" – "Premier" (Quba)
 
Hakimlər: Anar Fərəcov, Xəlil Xəlilov, Vüsal Balaşov
 
18:00. "Bakı TFK" – EKOL 6:7
 
Hakimlər: Əli Cəbrayılov, Nahid Xasıyev, Elvin Ağayev
 
20:00. "Xızı Futzal" – "Marafon FK" 1:10
 
Hakimlər: Rahin Heybətov, Knyaz Əmiraslanov, Fuad Həsənov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest