Futbol üzrə İtaliya A Seriyasında növbəti – 26-cı turun oyunları təxirə salına bilər. Matc.az xəbər verir ki, buna səbəb ölkədə koronavirusun yayılmasıdı.
 
Yerli mətbuata danışan İtaliyanın baş naziri Cüzeppe Konte, koronavirus səbəbindən növbəti turun oyunlarının təxirə salına biləcəyini bildirib:
 
"Düşünmürəm ki, bir həftəyə koronavirusun yayılmasını ləngidə biləcəyik və təxirə salınan oyunları keçirəcəyik. Vəziyyəti daim izləyirik, son durumu qiymətləndirəcəyik. Növbəti turun oyunlarının təxirə salınmasını nəzərdən keçirəcəyik".
 
A Seriyasının 25-ci turunun "Atalanta" – "Sassuolo", "Torino" – "Parma", "Verona" – "Kalyari" və "İnter" – "Sampdoriya" matçları koronavirus təhlükəsi səbəbiylə təxirə salınıb.
 
Artıq İtaliyada yüz nəfər koronavirusa yoluxub. Xəstəlik səbəbindən üç nəfərin öldüyü bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest