Futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində fevralın 27-də Avstriya "Zalsburq"u ilə Almaniyanın "Ayntraxt" (Frankfurt) klubları arasında keçirilməli olan cavab oyununun təxirə salındığını xəbər vermişdik.
 
Matc.az xəbər verir ki, artıq sözügedən matçın nə vaxt keçiriləcəyi bəllidi.
 
"Zalsburq"un rəsmi saytının yaydığı məlumata görə, qarşılaşma bu gün - fevralın 28-də keçiriləcək. Oyuna saat 21:00-da start veriləcək.
 
Xatırladaq ki, sözügedən matç fırtına xəbərdarlığı səbəbindən təxirə salınmışdı. Belə ki, oyunun keçiriləcəyi şəhərdə küləyin sürəti saatda 120 km-ə çatdığı üçün qarşılaşmanın oynanılmamasına qərar verilmişdi. 
 
Qeyd edək ki, Frankfurtdakı ilk görüşdə "Ayntraxt" rəqibini 4:1 hesabı ilə məğlub etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest