03 Mart 2020, 02:14
                
                
                
                                AVRO-2024 
                                
                
               
              
				  
 
	UEFA dünyada sürətlə yayılmaqda olan koronavirusla bağlı vəziyyəti yaxından izləyir. Matc.az xəbər verir ki, bu barədə TASS-a qurumun Mətbuat Xidmətindən məlumat verilib.
	Bildirilib ki, UEFA koronavirus və onun yayılması ilə əlaqədar ümumdünya Səhiyyə Təşkilatı və yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır:
	"Aç-2020 iyulun 12-də İtaliyanın paytaxt Romada başlayacaq. Hazırda turnirin planlaşdırılan cədvəlində bir dəyişikliyə ehtiyac yoxdu. Bu məsələ daim nəzarətdə saxlanılacaq".
	Qeyd edək ki, Aç-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.
	Aç-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda üz-üzə gələcəklər. Hansı ki, İtaliya koronavirusun Avropada ən çox yayıldığı ölkədi.
				
         	
                                             
               
 
             
 



_1761913751.jpg)




_1761908608.jpg)


_1761905491.jpg)



