"AÇ-2020 12 ölkədə təşkil olunacaq. Hazırda müxtəlif məsələlərlə məşğuluq və onların sırasında koronavirus epidemiyası da var. İnanırıq ki, Avropa çempionatı baş tutacaq. Biz nikbinik. Kədərli ssenarilər barədə düşünmək istəmirik"

UEFA prezidenti Aleksandr çeferin koronavirus epidemiyasının Aç-2020-nin keçirilməsinə mane olmayacağına əminliyini bildirib.
 
Matc.az xəbər verir ki, sloveniyalı funksioner Niderlandın paytaxtı Amsterdamda təşkil olunan UEFA Konqresində çıxışı zamanı  bunları dilə gətirib:
 
"Aç-2020 12 ölkədə təşkil olunacaq. Hazırda müxtəlif məsələlərlə məşğuluq və onların sırasında koronavirus epidemiyası da var. İnanırıq ki, Avropa çempionatı baş tutacaq. Biz nikbinik. Kədərli ssenarilər barədə düşünmək istəmirik".
 
Qeyd edək ki, Aç-2020 12 iyun - 12 iyulda qitənin 12 şəhərində keçiriləcək. Turnirin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu bu arenada gerçəkləşəcək. 
 
Aç-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda üz-üzə gələcəklər. Lakin hazırda İtaliya Avropa ölkələri arasında koronavirusun ən çox yayıldığı ölkəyə çevrildiyindən, Aç-2020 ilə bağlı da böyük narahatlıq var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest