Futbol üzrə Rusiya Premyer Liqasında 22-ci turun oyunları keçirilib.  Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Orenburq”la üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
 
Ayaz bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
“Spartak” 22 turdan sonra 28 xalla 16 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest