“Yuventus”un futbolçusu Kriştiano Ronaldo Portuqaliyada olan otellərini koronavirusla mübarizə aparmaq üçün xəstəxanalara çevirir. Matc.az xəbər verir ki, bu barədə “Arena Desportiva” məlumat yayıb.
 
Xəbərdə, Ronaldonun Portuqaliyada yerləşən otellərini koronavirusla mübarizə aparmaq üçün xəstəxanalara çevirəcəyi və pulsuz müayinələrin aparılacağı bildirilib. Ronaldo bütün xəstəxana işçilərinin məvacibini də özü verəcək.
 
Komanda yoldaşı Daniel Ruqaninin koronavirusa yoluxmasından sonra Ronaldo da Portuqaliyada karantinə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest