İtaliya A Seriyasında 2019/20 mövsümü bərpa olunacaq.
 
Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, mövsümün qalan hissəsinin mayın 3-dən başlayacağı bildirilib. Mövsümə iyunun 30-da yekun vurulacaq.
 
İtaliyada koronavirus pandemiyasına görə A Seriyası dayandırılıb.
 
“Sampdoriya”dan yeddi, “Fiorentina”dan üç, “Yuventus”dan isə bir futbolçunun koronavirus testi müsbət çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest