Getdiyim hər yerdə insanların sevgisini qazanmışam. Bir çox mədəniyyətlərlə tanş olmuşam

"Neftçi"nin sabiq futbolçusu İqnasio Errera çili mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, 33 yaşlı futbolçu paytaxt təmsilçisində çıxış etdiyi dönəmi də xatırlayıb:

"Azərbaycan kimi ölkələrdə oynamaqla dünyanı tanıdım. Getdiyim hər yerdə insanların sevgisini qazanmışam. Bir çox mədəniyyətlərlə tanş olmuşam. Bu, futbol oynamaqdan daha yaxşıdır. Əgər istəsəydim karyeramı ölkəmdə davam etdirərdim. Ancaq xaric oynamağa üstünlük verdiyim üçün peşman deyiləm".

Qeyd edək ki, İqnasio Errera 2017-2018-ci illərdə ölkəmizdə "Neftçi"nin formasını geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest