"Dünyada koronavirus pandemiyası səbəbindən Olimpiya Oyunları gələn ilə qədər təxirə salınıb. Bəli, bizim üçün çox çətindir, amma insanların sağlamlığı əsasdır"

Azərbaycan yığmasının cüdoçusu Rüstəm Orucov Tokio-2020-nin koronavirus pandemiyası üzündən təxirə salınmasına münasibət bildirib. Matc.az xəbər verir ki, o, indiki durumda insanların sağlamlığının daha vacib olduğunu bildirib:

"Dünyada koronavirus pandemiyası səbəbindən Olimpiya Oyunları gələn ilə qədər təxirə salınıb. Bəli, bizim üçün çox çətindir, amma insanların sağlamlığı əsasdır. Tezliklə hər şeyin yaxşı olacağına ümid edirəm. Düşüncələrimiz və dualarımız koronavirusdan zərər çəkmiş insanlarla olur. Tanrı hamınızı qorusun! Əlbəttə, 2021-ci ildə keçiriləcək Olimpiya Oyunları üçün daha güclü olacağam".

Qeyd edək ki, bu il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio-2020 Yay Olimpiya Oyunları 2021-ci ilədək təxirə salınıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest