Amerika Milli Basketbol Assossiasiyasında (NBA) mübarizə aparan daha bir klubda koronavirus pandemiyasına yoluxma halı qeydə alınıb.
 
Matc.az xəbər verir ki, “Nyu-York Niks” klubunun sahibi Ceyms Dolanda virus aşkarlanıb. NBA-nın verdiyi açıqlamada, Dolanın virus testinin müsbət çıxdığı və onun karantinə alındığı bildirilib.
 
Daha əvvəl digər NBA təmsilçisi olan “Yuta Caz”ın basketbolçularından birində koronavirus aşkarlandığı açıqlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest