"İnter"in hücumçusu Lautaro Martinesin "Barselona"ya keçidi sual altındadır. Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Məlumata görə,  klub prezidenti komandanın əsas oyunçularını satmaq niyyətində deyil. Rəhbərlik argentinalı futbolçunun ayrılmaq istəmədiyini bildirib. Futbolçunun komandada qalacağı və burada titullar qazanmaq istədiyi vurğulanıb. İddia edilir ki, 22 yaşlı forvard "Barselona" ya da "Mançetser Siti"yə keçmək barədə düşünmür.

İtaliya mətbuatı hər nə qədər belə yazsa da, Kataloniya klubu Martinesi heyətində qatmaqda qərarlıdır. Hətta ispaniyalılar transferin bitdiyini iddia edir. Ancaq "İnter" oyunçunu satmaq istəməsə belə "Barselona"Lautaronu 111 milyon avro qarşılığında transfer edə biləcək. çünki oyunçunun sözləşməsində bu rəqəm qarşılığında sərbəst qalacağı qeyd edilib.

Qeyd edək ki, Martines A Seriyasında bu mövsüm 22 matç keçirib və 11 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest