Almaniya II Bundesliqa təmsilçisi "Ersgebirge" bir neçə futbolçu ilə yollarını ayırmağa hazırlaşır. Matc.az xəbər verir ki, bu barədə Almaniyanın "liga-2 online" saytı məlumat yayıb.

Bildirilir ki, koronavirus pandemiyasının vurduğu maddi ziyan komandaya baha başa gəlib. Klub rəhbərliyi yaranan maliyyə böhranı üçün bir neçə futbolçunu göndərməyə məcburdur. Artıq Yakob Rasmussen və Marko Mixoeviçin komandanı tərk edəcəyinin dəqiq olduğu vurğulanıb.

Bununla yanaşı, rəhbərliyin heyətin əsas 4 oyunçusu – müdafiəçi Yan Xoşdayt, yarımmüdafiəçi Klemes Fandriç, Filipp Rise və hücumçu Dmitri Nazarovu komandada saxlayacağı bildirilib.

Qeyd edək ki, Azərbaycan yığmasının üzvünün Aue təmsilçisi ilə 2023-cü ilə qədər müqaviləsi var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest