İngiltərənin “Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiolanın anası Dolors Sala dünyasını dəyişib.
 
Matc.az xəbər verir ki, bu barədə "şəhərlilər"in rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, Sala 82 yaşında Barselonada vəfat edib. Qadının ölümünə koronavirus infeksiyasına yoluxması səbəb olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest