Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən olan Eusebio Di Françesko gələcək karyerası ilə bağlı danışıb. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis işləmək istədiyi yeri açıqlayıb:

“İtaliyada bir neçə klubda çalışmışam. “Roma” ilə pis olmayan bir dönəm keçirdim. Artıq xaricdə işləmək istəyirəm. Premyer Liqa ən əhəmiyyətli çempionatlardan biridir. Ümid edirəm ki, gələcəkdə orada çalışacam”.

Qeyd edək ki, AFFA-nın Di Françeskoya təklif göndərdiyi iddia edilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest