"Yuventus"un hücumçusu Qonzalo İquayn Argentinadan İtaliyaya qayıdıb.
 
Matc.az xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb.
 
32 yaşlı forvard tezliklə tibbi müayinədən keçəcək. Daha sonra onun 14 gün müddətində karantində qalacağı bildirilir.
 
Qeyd edək ki, İquayn A Seriyasının koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılmasından istifadə edərək vətəni Argentinaya getmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest