Daha bir ölkə AÇ-2020-nin oyunlarını qəbul etməyə hazır olduğunu açıqlayıb.
 
Matc.az xəbər verir ki, Rumıniya ev sahibliyindən imtina etmək fikrində olmadığını bəyan edib.
 
Bu barədə yerli federasiyadan TASS-ın sorğusuna cavab olaraq bildirilib. Paytaxt Buxarestin qitə futbol qurumuna dövlət təminatı verdiyi vurğulanıb.
 
Qeyd edək ki, Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir. 
 
Azərbaycan da AÇ-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest