"Səbail"li oyunçu bildirib ki, komanda ona iki il daha müqavilə uzatmağı təklif edib. Ancaq o, köhnə borcların ödəmmədiyi üçün təklifi qəbul etməyib.

FİFA "Səbail"in futbolçusu Lema Mabidinin şikayətini təmin edib. Matc.az "sport365.fr" saytına istinadən xəbər verir ki, konqolu yarımmüdafiəçi 4 il çıxış etdiyi sabiq klubu "Raca Kasablanka"nın (Mərakeş) ona olan borcu ilə bağlı dünyanın ali futbol qurumuna müraciət ünvanlayıb.

"Səbail"li oyunçu bildirib ki, komanda ona iki il daha müqavilə uzatmağı təklif edib. Ancaq o, köhnə borcların ödəmmədiyi üçün təklifi qəbul etməyib. Bundan sonra isə klub Mabidinin pulunu verməyib.

Məsələ ilə bağlı qərar qəbul edən FİFA "Raca Kasablanka"nın futbolçuya 280 min dollar ödəməli olduğunu bildirib

Xatırladaq ki, Mabidini bu ilin fevralından paytaxt klubunda çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest